• Bakı 16° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır

CƏMİYYƏT

07 Aprel 2025 | 15:25

MTK-ların qanunazidd qaraj biznesi: Bir parkinq yeri 25 min manata satılır

Azərbaycandakı Mənzil-Tikinti Kooperativləri (MTK) təkcə inşa etdikləri binalardakı mənzillərdən deyil, həm də parkinq yerlərindən pul qazanırlar.

Göydələnlərin altında avtomobil saxlamaq üçün nəzərdə tutulmuş yerlər ya yüksək qiymətə vətəndaşlara satılır, ya da icarəyə verilir.

Bu isə əksər hallarda binadan mənzil almış sakinlərin narazılığına səbəb olur.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baku TV-yə danışan vətəndaşların sözlərinə görə, hər ay avtomobili qarajda parlamaq üçün 50 manat ödəsələr də, bunun müqabilində onlara qəbz və yaxud başqa sənəd təqdim edilmir. Parkinq yerini birdəfəlik almaq üçün isə 25 min manat ödəmək lazımdır. Amma bu məbləği ödəyənlərə də heç bir sənəd, o cümlədən mülkiyyət hüququnu təsdiq edən çıxarış verilmir.

Bəs hər kvadratmetri az qala mənzillə eyni qiymətə təklif olunan belə qarajların satışı nə dərəcədə qanunidir? Həmin ərazilər əslində kimə məxsus olmalıdır?

Daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev deyir ki, tikinti qanunvericiliyinə əsasən mənfi birinci mərtəbədə kommunikasiya xətləri keçən ərazilər başqa təyinat üzrə istifadə oluna bilməz: "Bu əraziləri isə tikinti şirkətləri adətən vətəndaşlara qaraj kimi satırlar, lakin həmin ərazini özəlləşdirəndə kommunikasiya xətləri keçən hissələr çıxılmalıdır".

Hüquqşunas Vüsal Cəfərov deyir ki, binaların altındakı ərazilərdən istifadə hüququ yaşayış binasını inşa edən şirkətin təşkilatı hüquqi formasından asılıdır: "Əgər binanı MMC tikibsə, oradakı bütün sahələr, o cümlədən qarajlar və kommersiya obyektlərinin həmin şirkətin mülkiyyətində qalır. Yox, əgər binanı MTK tikibsə bu zaman binanın altındakı qarajlar binanın digər ümumi hissələri kimi sakinlərə məxsus olmalı və ümumi əmlak sayılmalıdır".


SON XƏBƏRLƏR