Astarada fiziki qüsurlu yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Astara rayonun Kijəbə qəsəbəsində baş verib.
Belə ki, yeniyetmənin əmisi Vasif Hacıbaba oğlu Kazımov "UAZ" markalı avtomobili geriyə hərəkət etdirərkən diqqətsizlikdən 13 yaşlı Zəkiyyə Tosif qızı Kazımzadəni əlil arabasında görməyib və onu vurub.
Ağır bədən xəsarətləri alan yeniyetmə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılana qədər yolda ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda araşdırma aparılır.