• Bakı 16° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Fillipin və ABŞ birgə hərbi təlimlərə başlayıb

DÜNYA

07 Aprel 2025 | 15:07

Fillipin və ABŞ birgə hərbi təlimlərə başlayıb

Filippin və ABŞ arasında "Cope Thunder" adlı hərbi hava təliminin başladığı açıqlanıb.

Bakıvaxtı.az bu barədə PNA-ya istinadən xəbər verir.

Belə ki, Filippin Hərbi Hava Qüvvələrinin sözçüsü polkovnik Konsuelo Kastillo verdiyi açıqlamada Malayziya, Tailand, Avstraliya, Yaponiya və İndoneziya hava qüvvələrinin nümayəndələrinin ilk dəfə beynəlxalq müşahidəçi qismində təlimə qatılacağını açıqlayıb. 

Kastillo Fillipinlə ABŞ Sakit Okean Hava Qüvvələri arasında hava təliminin Pampanqa əyalətində başladığını bildirib. Sözçü qeyd edib ki, təlimin əsas diqqəti hava manevrləri və taktika üzrə səhra hazırlığı təlimləri təşkil edəcək.

Əli Hüseynov


SON XƏBƏRLƏR