Vətəndaşın evinin qanunsuz sökülməsi ilə bağlı həbs edilən “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov barəsindəki qərardan apellyasi şikayəti verməyib.
Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Qalib Məmmədovla birgə həbs edilən ekskavtor sürücüsü Qala Eynullayev də rəhbəri kimi şikayətçi olmayıb.
Belə ki, hər iki şəxs barəsində Xətai rayon Məhkəməsi tərəfindən hər biri barəsində 1 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Onların qərar qəbul edilən gündən 3 gün ərzində şikayət vermə hüququna malik olub.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 186.2.1(özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma) maddəsi ilə ittiham verilib.
Xatırladaq ki, birinci instansiya məhkəməsində Qalib Məmmədov barəsində həbs qətimkan tədbiri ilə bağlı təqdimata baxılarkən ev dustaqlığına çıxmaqla bağlı vəsatət vermişdi, lakin məhkəmə vəsatəti təmin etməmişdi.