• Bakı 24° C

    5.18 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Güləşçilərimiz Avropa çempionatının yarımfinalında

İDMAN

07 Aprel 2025 | 16:32

Güləşçilərimiz Avropa çempionatının yarımfinalında

Azərbaycanın üç sərbəst güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, İslam Bazarqanov (54 kiloqram) 1/4 finalda türkiyəli Muhammet Karavuşa, Əli Rəhimzadə (65 kiloqram) almaniyalı Niko Meqerleyə, Kənan Heybətov (70 kiloqram) isə bolqarıstanlı Mihail Georgiyevə qalib gəlib.

Onlar yarımfinal mərhələsində müvafiq olaraq, Naçın Monquş (UWW), Xamzat Arsamerzoyev (Fransa) və David Bayevlə (UWW) üz-üzə gələcəklər.

Bu gün mübarizəyə qoşulan Azərbaycanın digər sərbəst güləşçiləri Orxan Abasov (79 kiloqram) təsnifat, Abubakr Abakarov (97 kiloqram) isə 1/4 finalda rəqiblərinə uduzublar.

Qeyd edək ki, Avropa çempionatı aprelin 13-dək davam edəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026