• Bakı 25° C

    5.99 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.0166

İran: Danışıqlar üçün ABŞ-nin qərarını gözləyirik

DÜNYA

07 Aprel 2025 | 15:34 | Müəllif: Əli Hüseynov

İran: Danışıqlar üçün ABŞ-nin qərarını gözləyirik

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Tehranda keçirdiyi mətbuat konfransında jurnalistlərin ölkəsinin xarici siyasət gündəmi və regional hadisələrlə bağlı suallarını cavablandırıb.

Bakıvaxtı.az bu barədə İRNA-ya istinadən xəbər verir.

ABŞ-ylə danışıqların mümkünlüyü ilə bağlı suala Bekayi belə cavab verib:

"İranın cavab məktubu ABŞ-yə çatdırılıb. ABŞ-nin bu məsələ ilə bağlı qərarını gözləyirik. Dolayı danışıqların irəliləyişində digər tərəflərin iştirakının rekordu aydındır. Belə bir proses formalaşarsa, Oman bu missiyanın əsas namizədi olacaq".

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR