2025-ci ildə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun (SPIEF) əsas mövzusu "Ümumi dəyərlər – çoxqütblü dünyada inkişafın əsası" olacaq.
Bakıvaxtı.az "The Kyiv İndependent"ə istinadən xəbər verir ki, bu barədə Roskonqres Fondunun saytında məlumat verilib.
Məlumata görə, bu il tədbir iyunun 18-dən 21-dək baş tutacaq. Tədbirin əsas mövzusu beynəlxalq əməkdaşlıq sisteminə öz təsirini göstərəcək.
"Hazırda dünyada suverenlik, bərabərhüquqlu tərəfdaşlıq, milli maraqların nəzərə alınması, çoxqütblülük prinsiplərinə əsaslanan yeni münasibətlər sistemi formalaşır. Bu məsələlər geniş ekspert müzakirəsini tələb edir və "SPIEF 2025" qarşılıqlı əlaqə üçün ən yaxşı platforma olacaq", - məlumatda vurğulanıb.
Gülşən Şərif