Hindistanla Pakistan arasındakı bütün mübahisələr və gərginlik sülh yolu ilə həll edilməlidir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbut konfransında deyib.
“Regional vəziyyətə gəlincə, görüşdə Hindistan və Pakistan arasındakı bütün mübahisələrin və gərginliyin sülh yolu ilə həll edilməsinin vacibliyi vurğulanıb”, - o qeyd edib.