• Bakı 16° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Çindən tariflərin ABŞ iqtisadiyyatına təsiri barədə XƏBƏRDARLIQ

İQTİSADİYYAT

07 Aprel 2025 | 15:16

Çindən tariflərin ABŞ iqtisadiyyatına təsiri barədə XƏBƏRDARLIQ

"ABŞ-nin tətbiq etdiyi gömrük rüsumlarının həcminin artması Amerika iqtisadiyyatını qlobal iqtisadiyyatdan getdikcə daha çox ayıracaq". 

Bakıvaxtı.az "Sinxua"ya istinadən xəbər verir ki, bunu Çin Dövlət Şurası yanında İnkişaf Araşdırmaları Mərkəzinin elmi işçisi Çjan Liqun deyib.

Onun sözlərinə görə, tariflərin artırılması ABŞ iqtisadiyyatını dünyadan ayırır:

"ABŞ tərəfindən tariflərin davamlı artırılması Amerika iqtisadiyyatını qlobal iqtisadiyyatdan getdikcə daha çox ayıracaq ki, bu da iqtisadi qloballaşmanın strukturunda əhəmiyyətli dəyişikliklərə səbəb olacaq. Bu dəyişikliklər ümumilikdə Amerika iqtisadiyyatına mənfi təsir göstərəcək.  ABŞ-in tarifləri Çin iqtisadiyyatına isə məhdud səviyyədə təsir
göstərəcək". 

Liqun qeyd edib ki, Çin iqtisadiyyatı əsasən özünün son dərəcə böyük daxili bazarına əsaslanır və xarici tələbdəki dəyişikliklərin təsiri nisbətən çox cüzidir. Qarşılıqlı rüsumlar daha da artırılarsa, Pekin xaricdən idxal edilən kənd təsərrüfatı və digər məhsulların əhəmiyyətli hissəsini əvəz edə biləcək.

Gülşən Şərif


SON XƏBƏRLƏR