• Bakı 20° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

HƏMAS Qahirədə Qəzzada atəşkəs təklifini müzakirə edəcək

DÜNYA

07 Aprel 2025 | 22:41

HƏMAS Qahirədə Qəzzada atəşkəs təklifini müzakirə edəcək

Fələstinin HƏMAS hərəkatının nümayəndə heyəti Misirin Qəzza zolağında atəşkəslə bağlı təklifini müzakirə etmək üçün yaxın saatlarda Qahirəyə gələcəl.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Al Araby Al Jadeed” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, planlaşdırılan məsləhətləşmələrdə Qəzza zolağında atəşə son qoymaq üçün Misirin vasitəçilik səyləri, Misirin atəşkəs təklifi və girovların qismən dəyişdirilməsi müzakirə olunacaq.

Bundan əlavə, mənbələrin məlumatına görə, Misir tərəfi HƏMAS nümayəndə heyəti ilə FƏTH hərəkatının fraksiyalar arasında parçalanmaya son qoymaq və Fələstin rəhbərliyini birləşdirmək təklifini müzakirə etmək niyyətindədir. FƏTH nümayəndə heyəti aprelin 5-də Qahirəyə səfər edib və Misirin xarici işlər naziri Bədr Əbdül Ataya mövcud fikir ayrılıqlarının aradan qaldırılması üçün öz baxışını təqdim edib.

Xatırladaq ki, martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək anklava kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəs rejimini pozub. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bunu Fələstinin radikal HƏMAS hərəkatının danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff tərəfindən irəli sürülən təkliflərdən imtina etməsi ilə izah edərək, sektordakı əməliyyatın məqsədinin bütün girovları azad etmək olduğunu bildirib. HƏMAS hərbi əməliyyatların yenidən başlamasına görə bütün məsuliyyətin İsrail və ABŞ-nin üzərinə düşdüyünü açıqlayıb.


SON XƏBƏRLƏR

07 Aprel 2025