Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılıb.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.
Dəyişikliklə Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70-dən 75-ə artırılıb.