• Bakı 13° C

    6.03 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

CƏMİYYƏT

07 May 2025 | 19:20 | Müəllif: Subhan Mahmudov

DİQQƏT! Bu ərazilərdə qaz olmayacaq

Bəzi ərazilərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Qaradağ rayonu, Sahil qəsəbəsini təbii qazla təmin edən qaz xəttinin təmiri, “Qaz İxrac” İdarəsinə məxsus “Qaradağ-Sumqayıt” yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi, yeni çəkilmiş xəttin mövcud şəbəkəyə qoşulması və siyirtmənin təmir olunması məqsədi ilə 08.05.2025-ci il tarixdə saat 09:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Sahil qəsəbəsinin tam olaraq, Sumqayıt şəhərinin isə bir hissəsinin (Stansiya Sumqayıt ərazisində Qaçqın şəhərciyi və 5 sənaye müəssisəsi) qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR