• Bakı 18° C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Balıq tutmağa getdi, cərəyan vurub öldürdü

CƏMİYYƏT

07 Aprel 2025 | 21:44

Balıq tutmağa getdi, cərəyan vurub öldürdü

Lənkəran rayonunda 32 yaşlı kişini elektirk cərəyanı vuraraq öldürüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə rayonun Girdəni kəndi ərazisində baş verib.

Belə ki, 1993-cü il təvəllüdlü Xudaverən Şükür oğlu Əlizadə balıq tutmaq üçün Girdəniçay çayının əks tərəfinə keçərkən əlindəki balıq ovu üçün istifadə etdiyi tilov yüksək gərginlikli elektik xəttinə toxunub. O, hadisə yerində ölüb.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./report


SON XƏBƏRLƏR

07 Aprel 2025