• Bakı 19° C

    6.4 m/s

  • USD - 1.7

    EUR - 1.867

    RUB - 2.0104

Üç ölkənin lideri Qəzza üzrə yanvar razılaşmasının bərpasına çağırıblar

DÜNYA

08 Aprel 2025 | 00:20

Üç ölkənin lideri Qəzza üzrə yanvar razılaşmasının bərpasına çağırıblar

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi, fransalı həmkarı Emmanuel Makron və İordaniya Kralı II Abdullah ibn Al Hüseyn yanvarın 19-dan qüvvəyə minən Qəzzada atəşkəs rejiminin bərpasına çağırıblar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə onların Qahirədə keçirilən görüşün yekunları üzrə qəbul edilmiş bəyannamədə deyilir.

“İsrailin Qəzza zolağına hücumlarının bərpası fonunda biz dərhal atəşkəs rejiminə qayıtmağa və yanvarın 19-da qüvvəyə minmiş razılaşmanın yerinə yetirilməsinə çağırırıq”, - sənəddə vurğulanıb.

Liderlər qeyd ediblər ki, yanvarda imzalanmış saziş israilli girovların və fələstinli məhbusların azad edilməsinə və onların təhlükəsizliyinə zəmanət verir.

Onlar həmçinin bildiriblər ki, Fələstin ərazilərinin ilhaqı cəhdləri qəbuledilməzdir:

“Üç dövlətin lideri fələstinlilərin öz torpaqlarından didərgin salınması planlarını və Fələstin ərazilərini ilhaq etmək cəhdlərini rədd edir”.


SON XƏBƏRLƏR

07 Aprel 2025