• Bakı 11° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

BƏƏ Suriyada vəziyyətin sabitləşdirilməsi səylərini dəstəkləyir

DÜNYA

09 Mart 2025 | 00:22

BƏƏ Suriyada vəziyyətin sabitləşdirilməsi səylərini dəstəkləyir

BƏƏ silahlı qrupların Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələrinə hücumlarını pisləyib və respublikada təhlükəsizliyin təmin edilməsi üçün tədbirləri dəstəkləyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müvafiq bəyanat BƏƏ Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Qeyd olunub  ki, BƏƏ bütün ərazilərdə Suriyanın sabitliyi və suverenliyinin qorunub saxlanmasını, həmçinin ölkədə sülh və təhlükəsizliyin təmin edilməsinə yönəlmiş bütün səyləri dəstəkləyir.

Xatırladaq ki, martın 6-da Latakiya, Tartus və Hüms vilayətlərində Suriyanın yeni iqtidarına tabe olan təhlükəsizlik qüvvələri ilə keçmiş prezident Bəşər Əsəd tərəfdarlarının silahlı qruplaşmaları arasında toqquşmalar baş verib. Ən şiddətli atışmalar Cəbələ şəhərində qeydə alınıb.


SON XƏBƏRLƏR

14 Mart 2025