• Bakı 12° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8431

    RUB - 1.9726

Serbiyada mədəniyyət nazirinə hücum edən şəxs saxlanılıb

DÜNYA

09 Mart 2025 | 09:05

Serbiyada mədəniyyət nazirinə hücum edən şəxs saxlanılıb

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin mədəniyyət nazirinə hücum edən şəxsin saxlanıldığını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Tanjug” agentliyi məlumat yayıb.

“Biz o alçağı tutduq. <...> Serbiyada zorakılığı sevən hər kəs həbsxanaya gedəcək”, – dövlət başçısı Smederevo şəhərində sakinlərlə görüş zamanı bildirib.

Zərərçəkmiş nazir Nikola Selakoviç hücumçunun ona yumruqla sifətinə zərbə endirdiyini deyib. Hadisə zamanı o, söyüş söyərək siyasi xarakterli ittihamlar səsləndirib.

Qeyd edək ki, ötən gün Prezident Vuçiç etiraz aksiyaları zamanı mədəniyyət nazirinə hücum edildiyini açıqlamışdı.


SON XƏBƏRLƏR