• Bakı 21° C

    0.37 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Kurskda son vəziyyət necədir? - Rusların uğurunun səbəbi

DÜNYA

09 Mart 2025 | 09:42 | Müəllif: Subhan Mahmudov

Kurskda son vəziyyət necədir? - Rusların uğurunun səbəbi

Kursk vilayətində vəziyyət pisləşib, çünki Rusiya bu əraziyə çoxlu ixtisaslı dron ekipajı yerləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ukraynalı hərbi ekspert Denis Popoviç bildirib.

Onun sözlərinə görə, ruslar indi orada irəliləməyə nail olurlar: “Kursk vilayətində vəziyyət həyəcanvericidir”.

O, həmçinin qeyd edib ki, rus qoşunları Kurilovkadan faktiki olaraq Ukrayna sərhədlərinə daxil olub:

"Rusiya ordusu Sum vilayətindən Sucaya gedən magistral yolu Ukrayna ərazisində kəsmək üçün ölkənin dərinliklərinə doğru irəliləməyə cəhd edir. Bu baxımdan Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdə maddi-texniki təchizatı indi çox çətindir.

Sucada küçə döyüşlərinin getməsi və hərbçilərimizin şəhəri tərk etməsi ilə bağlı yayılan xəbərlərə gəlincə, bu, yoxlanılmamış məlumatdır. Bunun təsdiqi yoxdur”.

Qeyd edək ki, daha öncə Rusiya Silahlı Qüvvələrinin Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini Aptı Alaudinov Rusiya qoşunlarının Kursk vilayətində bütün istiqamətlərdə genişmiqyaslı hücuma keçdiyini təsdiqləyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026