Çinin Çinxay əyalətində 5,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri 1,67 milyon əhalisi olan Sinin şəhərindən 433 km cənub-qərbdə, ocağı isə 35 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.
Xatırladaq ki, yanvarın 7-də səhər saatlarında Nepalla sərhədə yaxın olan Tibet Muxtar Vilayətinin Tinqri dairəsində 6,8 maqnitudalı zəlzələ baş verib. Çinin cənub-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 126-ya çatıb.