• Bakı C

    8.72 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Rusiya hərbi bazaları Suriyada bu şərtlə qala bilər

DÜNYA

07 Fevral 2025 | 12:02

Rusiya hərbi bazaları Suriyada bu şərtlə qala bilər

“Rusiyanın Suriyadakı hərbi bazaları yeni hökumətin maraqlarına uyğun olarsa ölkədə qala bilər”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Suriyanın müdafiə naziri Murhaf Abu Qasra “The Washington Post”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Suriyada keçmiş prezident Bəşər Əsəd rejiminin devrilməsindən sonra Rusiyanın Suriyanın yeni hökumətinə qarşı münasibətləri əhəmiyyətli dərəcədə yaxşılaşıb.

Qasra qeyd edib ki, Dəməşq müxtəlif ölkələrlə müdafiə sahəsində saziş bağlamaq imkanını nəzərdən keçirir. 

O, həmçinin bildirib ki, ölkəsi həm ABŞ, həm də Türkiyə ilə həmin ölkələrin respublika ərazisində hərbi bazalarının statusu barədə danışıqlar aparır.


SON XƏBƏRLƏR