• Bakı 17° C

    1.89 m/s

Küveytin Baş naziri İlham Əliyevə başsağlığı verdi

    SİYASƏT

    08 Yanvar 2025 | 11:23

    Küveytin Baş naziri İlham Əliyevə başsağlığı verdi

    Küveyt dövlətinin Baş naziri  Əhməd Abdullah əl-Əhməd əl-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

    Bakıvaxtı.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

    Dost Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.

    “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində insanların həlak olmaları və yaralanmaları xəbərini dərin hüznlə qarşıladıq.

    Zati-aliləri, bu faciəvi hadisə ilə bağlı kədərinizi bölüşür, Sizə başsağlığı veririk. Qəzanın qurbanlarına Uca Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmalarını arzulayırıq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR