• Bakı 20° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

2,6 milyon "Tesla"yoxlanılacaq

DÜNYA

08 Yanvar 2025 | 12:02 | Müəllif: Əli Hüseynov

2,6 milyon "Tesla" yoxlanılacaq

ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsi 2,6 milyon Tesla avtomobili ilə bağlı araşdırma başladıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, avtomobillərdəki “Ağıllı çağırış” adlı funksiyaya görə belə bir addım atılıb.

Belə ki, bu funksiya istifadəçilərə telefon tətbiqi vasitəsilə avtomobillərini müəyyən bir yerə yönəltməyə imkan verir. 

Açıqlamada bildirilib ki, bu funksiyanın qəzaya səbəb olduğunu iddia edən şikayət və oxşar qəzalarla bağlı üç xəbər araşdırılıb.

Məlumata görə, təxminən 2 milyon 585 min Tesla avtomobilinin müayinədən keçiriləcək.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026