• Bakı C

    7.18 m/s

  • USD - 1.7

    EUR - 1.7598

    RUB - 1.5837

Moldovada bu ölkənin aviaşirkətlərinin fəaliyyətinə qadağa qoyula bilər

DÜNYA

08 Yanvar 2025 | 10:43

Moldovada bu ölkənin aviaşirkətlərinin fəaliyyətinə qadağa qoyula bilər

Moldova öz ərazisində Qırğızıstan, Rusiya, Liviya, Nepal, İran, Tanzaniya, Əfqanıstan və Ermənistan da daxil olmaqla 20-dən çox ölkənin aviasiya şirkətlərinin fəaliyyətini qadağan etmək niyyətindədir.

Bakıvaxtı.az xəbər verir ki, müvafiq layihəni İnfrastruktur və Regional İnkişaf Nazirliyi ictimai müzakirəyə çıxarıb.

Layihənin məqsədi milli qanunvericiliyin Avropa İttifaqının normalarına uyğunlaşdırılmasıdır. Müzakirə 9 yanvara qədər davam edəcək.

Sənəd qəbul edilərsə, əksəriyyəti yük daşıyan 16 qırğız şirkəti Moldovanın hava məkanından və hava limanlarından istifadə edə bilməyəcək. Buraya “Aero Nomad Airlines”, “Aerostan”, “Air Company Air Kg”, “Aircompany Moalem Aviation” və s. daxildir.


SON XƏBƏRLƏR

08 Yanvar 2025