Qırğızıstanın Baş naziri Adılbek Kasımaliyev yanvarın 8-də Özbəkistan və Tacikistan baş nazirləri - Abdullah Aripov və Kohir Rasulzoda ilə görüşəcək.
Bakıvaxtı.az Qırğızıstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Üçtərəfli görüş Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət sərhədlərinin qovşağında keçiriləcək.
Görüş zamanı prezidentlər arasında dövlət sərhədləri məsələləri üzrə əvvəllər əldə edilmiş razılaşmalar barədə danışıqlar aparılacaq.