• Bakı 10° C

    2.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Yaponiya quş qripi epidemiyası: 1,7 milyon quş məhv edilib

DÜNYA

07 Yanvar 2025 | 15:30 | Müəllif: Əli Hüseynov

Yaponiya quş qripi epidemiyası: 1,7 milyon quş məhv edilib

Yaponiyada bu mövsüm 19-cu yüksək patogen quş qripi epidemiyası müşahidə olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yaponiya Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Nazirlik mövsümün əvvəlindən 11 əyalətdə təxminən 1,7 milyon quşun məhv edildiyini açıqlayıb. Son epidemiyanın təsdiqindən sonra bazar günü təsərrüfat quşlarının ölümləri sürətlə artıb.

Bildirilib ki, qrip yayılan ərazinin 3 kilometr radiusda hərəkət məhdudiyyəti qoyulub, təxminən 170 min quşun hərəkəti dayandırılıb. Əlavə olaraq, 10 kilometrlik müşahidə zonası yaradılıb və 3,8 milyon quşun hərəkəti məhdudlaşdırılıb. 

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026