Türkiyədə turistləri aldadan şəxslər saxlanılıb.
Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.
Məlumata görə, İstanbulda turistlərin pullarını yoxlamaq bəhanəsi ilə oğurladığı müəyyən edilən cinayət təşkilatına qarşı keçirilən əməliyyatda 24 şübhəli yaxalanıb.
İstanbul Baş Prokurorluğun apardığı araşdırmalar çərçivəsində 30 şübhəli barəsində həbs-qətimkan tədbiri seçilib.
Əməliyyat zamanı 4 sənədsiz tapança, 60 patron və 1 sayrışan işıq ələ keçirilib.
Digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir.
Nuriyyə Musayeva