• Bakı 10° C

    6.1 m/s

  • USD - 1.7

    EUR - 1.8453

    RUB - 1.9383

104 Hindistan vətəndaşı ABŞ-dən deportasiya edilib

DÜNYA

06 Fevral 2025 | 12:40

104 Hindistan vətəndaşı ABŞ-dən deportasiya edilib

ABŞ yüzdən çox qanunsuz miqrantı Hindistana deportasiya edib.

Bakıvaxtı.az CNN-ə istinadən xəbər verir ki, Pəncab ştatının rəsmiləri C-17 hərbi təyyarəsində ən azı 104 Hindistan vətəndaşının olduğunu bildiriblər.

Onlar Amritsar şəhərinə Amerika hərbi təyyarəsi ilə çatdırılıblar. Deportasiya edilənlərin əksəriyyəti Qucarat, Maharaştra və Pəncab ştatlarından olan şəxslərdir.

Adı açıqlanmayan ABŞ rəsmisinin məlumatına görə, uçuş bu cür əməliyyatlar üçün hərbi nəqliyyat vasitələrindən istifadə çərçivəsində ən uzunməsafəli uçuş olub.

Bir neçə gün əvvəl 200-dən çox Hindistan vətəndaşının deportasiya edildiyi barədə məlumat verilmişdi. Mənbələrin bildirdiyinə görə, bu, ABŞ-də qalma qaydalarını pozan hindistanlıların deportasiyası üçün təşkil ediləcək "çoxsaylı reyslər"dən birincisi olub.


SON XƏBƏRLƏR

11 Mart 2025