• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İsrail Livana zərbələr endirdi

DÜNYA

08 Mart 2025 | 10:50

İsrail Livana zərbələr endirdi

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənub hissələrinə zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı “Al Manar” telekanalı yayıb. 

İlkin məlumata əsasən, zərbələr “Hizbullah” hərəkatının hərbi obyektlərinə endirilib. 

“Əl-Cəzirə” isə İsrail tərəfindən 30 dəqiqə ərzində 15 aviazərbə endirildiyini, təqribən 20-25 raket buraxıldığını bildirib. 

Qeyd edək ki, 2024-cü il noyabrın 27-də İsrail və Livanın “Hizbullah” hərəkatı arasında atəşkəsə dair razılaşma qüvvəyə minib. Yanvarda tərəflər atəşkəsin müddətini fevralın 18-nə qədər uzadıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026