ABŞ Prezidenti Donald Tramp deyib ki, xarici liderlər ticarət kəsirini aradan qaldırmaq məqsədilə ABŞ-ın tətbiq etdiyi tarifləri ləğv etmək üçün "irihəcmli pullar" ödəməli olacaqlar.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Sky News“ məlumat yayıb.
Qeyd olunur ki, həftə sonu Tramp Avropa və Asiya ölkələrinin liderləri ilə bir sıra danışıqlar aparıb və bu liderlər onu tariflərin tətbiqi qərarına yenidən baxmağa inandırmağa çalışıblar.