• Bakı 24° C

    5.3 m/s

  • USD - 1.7

    EUR - 1.9493

    RUB - 2.0178

Tanınmış yazıçı yanğında öldü

DÜNYA

07 May 2025 | 08:54 | Müəllif: Qalib İbrahimoğlu

Tanınmış yazıçı yanğında öldü

İstanbulda 10 mərtəbəli binanın birinci mərtəbəsində ölümlə nəticələnən yanğın olub.

Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir ki, hadisə Kadıköydə qeydə alınıb.

Məlumata görə, tənqidçi Süha Oğuzertem yanğında tüstüdən təsirlənərək həyatını itirib.

Yanğın baş verən mənzil yararsız hala düşüb. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Süha Oğuzertem magistr və doktorluq təhsilini İndiana Universitetinin Müqayisəli Ədəbiyyat Departamentində alıb. 1998-2007-ci illərdə Bilkənd Universitetinin Türk Ədəbiyyatı Bölməsinin magistratura və doktoranturasında dərs deyib. 2008-2015-ci illər arasında İstanbul Bilgi Universitetinin Müqayisəli Ədəbiyyat Departamentində çalışıb. Bir müddət Magistratura Proqramı və Türk Dili Bölməsinin müdiri vəzifəsində çalışıb.

Murad Məmmədli


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Sentyabr 2026