İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) korrupsiya işi çərçivəsində daha bir nəfər tutulub.
Bakıvaxtı.az TRT-yə istinadən xəbər verir ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində reklam şirkətinin sahibi Kaan Ketenci tutularaq həbs olunub.
Kaan Ketenci Şimali Kiprdə saxlanıldıqdan sonra Türkiyəyə gətirilib. İstanbul Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsində ifadəsi alınan şübhəli barədə məhkəmə həbs qərarı çıxarıb.
Qeyd edək ki, İstintaq çərçivəsində vəzifəsindən uzaqlaşdırılan İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlu da daxil olmaqla ümumilikdə 100 nəfər haqqında “cinayətkar təşkilat qurmaq və ya ona üzv olmaq”, “rüşvət”, “dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə olunması” və “tenderə müdaxilə” kimi ciddi ittihamlar irəli sürülüb.
Qaçqın statusunda olan Ketencinin yerini İstanbul polisi Şimali Kipr Koordinasiya Mərkəzi və Kıbrıs Polis Təşkilatı ilə birlikdə müəyyən edib və o, beynəlxalq əməkdaşlıqla yaxalanaraq Türkiyəyə gətirilib.