Keçid dövründə Suriya Prezidenti Əhməd əş-Şəraa Türkiyəyə səfər edəcək.
Bu barədə Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir.
Suriya Xarici İşlər Nazirliyi Əhməd əş-Şəraanın gələn həftə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyəyə səfər edəcəyini açıqlayıb.
BƏƏ əş-Şəraanın vəzifəyə gəldikdən sonra səfər edəcəyi ikinci körfəz ölkəsi olacaq. O, fevralda Səudiyyə Ərəbistanına səfər edib.