• Bakı 11° C

    3.37 m/s

  • USD - 1.7

    EUR - 1.8655

    RUB - 1.9702

Suriya prezidenti qardaşına vəzifə verdi

DÜNYA

07 Aprel 2025 | 00:24

Suriya prezidenti qardaşına vəzifə verdi

Suriya prezidenti Əhməd əl-Şara Rusiya universitetini bitirmiş qardaşı Maher əl-Şaraya vəzifə verib.

Bakıvaxtı.az xəbər verir ki, Maher əl-Şara Suriya prezidentinin iqamətgahının yerləşdiyi Dəməşqdəki Respublika sarayının ofisinin işinə rəhbərlik edəcək. O, Prezident Xidmətinin baş katibi vəzifəsinə təyin edilib.

N.N adına Voronej Dövlət Tibb Universitetinin məzunu Maher əl-Şara 2024-cü il dekabrın 10-dan 2025-ci il martın 29-dək hakimiyyətdə olan Suriyanın keçid hökumətində səhiyyə naziri vəzifəsində çalışıb. 52 yaşlı Maher əl-Şara tibb dərəcəsinə malikdir və ginekologiya üzrə mütəxəssisdir, əvvəllər Suriya, Səudiyyə Ərəbistanı və Rusiyada çalışıb.


SON XƏBƏRLƏR

08 Aprel 2025