• Bakı C

    7.35 m/s

  • USD - 1.7

    EUR - 1.7598

    RUB - 1.5837

Fransa XİN: BRICS-in Kazan sammiti narahatedici siqnaldır

DÜNYA

07 Yanvar 2025 | 15:05

Fransa XİN: BRICS-in Kazan sammiti narahatedici siqnaldır

Fransa xarici işlər naziri Jan-Noel Barro BRICS ölkələrinin Kazanda keçirilən sammitindən narahatlığını ifadə edib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, o, bunu Parisdə keçirilən Fransa səfirlərinin konfransında çıxışı zamanı bəyan edib.

"BRICS-in Kazandakı görüşünün müvəffəqiyyəti, üzvlərinin gələcəyin necə olacağına dair ümumi bir baxışı olmasa da, gözardı edə bilməyəcəyimiz yeni bir xəbərdarlıqdır", - J.Barro bildirib. O, çoxtərəfli münasibətlərin islahatı yolunda vaxt itirməməyə çağırış edərək, indi "güclü olanı daha ədalətli, ədalətli olanı isə daha güclü etməyə" vaxt olmadığını bəyan edib.

"Ümid edirəm ki, 2026-cı ildə ölkəmiz "Yeddilik Qrupu"na sədrlik edəndə biz dünyanın və qlobal idarəetmənin gələcəyi üzərində ən vacib işi başa çatdıracağıq. BMT-nin 80 illiyinin qeyd edildiyi bir vaxtda, afrikalı tərəfdaşlarımıza qlobal idarəetmədə, Təhlükəsizlik Şurasında və beynəlxalq maliyyə qurumlarında layiqli yer təmin etmək üçün qətiyyətlə irəli getməliyik”, - o əlavə edib.

Qeyd edək ki, ötən il oktyabrın 22-24-də Kazanda BRICS-in 16-cı sammiti keçirilib.


SON XƏBƏRLƏR