"Ultimate Fighting Championship" (UFC) yarışmasının irlandiyalı döyüşçüsü Konor Makqreqor İrlandiyada döyüşçülərin olmadığını deyən rusiyalı Həbib Nurməhəmmədova dağıstanlıları təhqir edərək cavab verib.
Bakıvaxtı.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Makqreqor sosial şəbəkələrdə yazıb.
"Siz avara və satqınsınız. Biz sizə "sarıdiş" deyirik. Noxud boyda beyinlər, artistlik yox, yaradıcılıq sıfır. Sizə görə utanıram", - Makqreqor yazıb.
Xatırladaq ki, 2018-ci ilin oktyabrında Həbib UFC 229-da Makqreqoru məğlub edib. Döyüş dördüncü raundda başa çatıb.
34 yaşlı Makqreqorun son döyüşü UFC 264-də amerikalı Dastin Puarye ilə olub. İrlandiyalının ayağı sınıb və görüş birinci raundda başa çatıb.