“PSJ” və “Monako” komandaları Fransa Superkuboku uğrunda görüşdə üz-üzə gəliblər.
Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma Qətərin paytaxtı Doha şəhərində baş tutub.
Görüş Paris klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Belə ki, oyunda yeganə qolu 90+2-ci dəqiqədə Usman Dembele vurub.
Bununla da PSJ 13-cü dəfə Fransa Superkubokunun qalibi olub. Bu, turnirin yeni rekordudur. Bu göstəricidə ən yaxın təqibçi 8 titul sahibi olan “Lion”dur.