• Bakı 20° C

    5.21 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

Gimnastlarımızdan "Beyond the Sky” turnirində 6 medal

İDMAN

07 Dekabr 2024 | 00:03

Gimnastlarımızdan Beyond the Sky” turnirində 6 medal

Azərbaycan yığması Özbəkistanın paytaxtı Daşkənddə batut gimnastikası üzrə yarışda uğurlu çıxış ilə yadda qalıb.

Bakıvaxtı.az xəbər verir ki, dekabrın 3-də start götürən “Beyond the Sky” turnirində 6 medal qazanıb.

Təmsilçilərimiz iki qızıl, bir gümüş və üç bürüncə sahib çıxıblar. Şəxsi yarışlarda Əli Niftəliyev fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Ammar Baxşalıyev ikinci, Samirə Hüseynova isə üçüncü olub.

Sinxron çıxışda Şəfiqə Hümbətova-Ayan Şabanova cütü qızıl medala sahib olub. Nicat Mirzəyev-Amil Abbasov və İbrahim Mustafazadə-Fərhad Mustafayev bürünclə kifayətləniblər.

Qeyd edək ki, yarış dekabrın 7-də başa çatacaq.


SON XƏBƏRLƏR

25 Oktyabr 2025