"Tottenhem" "Slaviya"nın qapıçısı Antonin Kinskinin transferini rəsmən açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, London təmsilçisi 21 yaşlı qolkiper üçün Çexiya klubuna 16 milyon avro təzminat ödəyib.
Çexiyalı qapıçı yeni klubu ilə 2031-ci ilin yayına kimi müqavilə imzalayıb.
Qeyd edək ki, "Slaviya" Antonín Kinskini 2021-ci ilin yayında "Dukla"dan transfer etmişdi. O, bu mövsüm Praqa təmsilçisinin heyətində 29 rəsmi matçda iştiral edib və 14 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.