• Bakı 12° C

    4.75 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

"Qarabağ" "Sabah"la, "Araz-Naxçıvan" "Səbail"lə üz-üzə gələcək

İDMAN

07 Dekabr 2024 | 09:26

Qarabağ Sabahla, Araz-Naxçıvan Səbaillə üz-üzə gələcək

Bu gün "Qarabağ" komandası Misli Premyer Liqasının XVI turunda "Sabah"la üz-üzə gələcək.

Bakıvaxtı.az xəbər verir ki, matç “Bank Respublika Arena”da təşkil ediləcək.

Qarşılaşma saat 18:00-da start götürəcək. Rəqibindən bir oyun az keçirən Ağdam təmsilçisi 37 xalla liderdir. Paytaxt klubu 22 xalla beşinci pillədə qərarlaşıb.

Günün ilk görüşündə "Səbail" "Araz-Naxçıvan"ı qəbul edəcək. Bu matç saat 15:00-da başlayacaq. Qonaqlar 36 xalla ikinci, "dənizçilər" 8 xalla sonuncu-onuncu sırada yer alıb.

Misli Premyer Liqası

XVI tur, II dövrə

7 dekabr

15:00. “Səbail” – “Araz-Naxçıvan”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Müslüm Əliyev, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: İnqilab Məmmədov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
“ASCO Arena”

18:00. “Sabah” – “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
“Bank Respublika Arena”

Qeyd edək ki, turun digər oyunları 8-9 dekabrda gerçəkləşəcək.


SON XƏBƏRLƏR

18 Aprel 2025