• Bakı 11° C

    3.47 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Vinisius “Real”dan gedir

İDMAN

07 Dekabr 2024 | 09:40

Vinisius “Real”dan gedir

“Real Madrid” 2025-ci ilin yayında əsas ulduzlarından biri Vinisius Junior ilə yollarını ayıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “El Gol Digital” məlumat yayıb.

Mənbə yazır ki, braziliyalı karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək təklifi ilə razılaşıb. 

24 yaşlı futbolçunun “Real”la müqaviləsində 1 milyard avroluq sərbəst qalma maddəsi var. “Əl-Əhli” də bu pulu ödəməyə hazırdır. Bu, şübhəsiz ki, dünya futbolu tarixində ən bahalı transfer olacaq.

Qeyd edək ki, Vinisius bu mövsüm bütün turnirlərdə 18 oyun keçirib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “kral klubu” ilə müqaviləsi 2027-ci ilədək nəzərdə tutulub.

“Transfermarkt” portalına görə, futbolçunun transfer qiyməti 200 milyon avrodur.


SON XƏBƏRLƏR

18 Aprel 2025