Azərbaycanın qadın basketbolçulardan ibarət yığması AVRO-2025-in qrup mərhələsində bu gün səfərdə Polşa yığması ilə üz-üzə gələcək.
Bakıvaxtı.az xəbər verir ki, C qrupunda baş tutacaq qarşılaşmaya Bakı vaxtı ilə 23:30-da start veriləcək.
Görüşü Coş Boue (Böyük Britaniya), Kristina Simanoviç (Latviya) və Mariya Siriç (Serbiya) idarə edəcəklər.
Qeyd edək ki, Evren Alkayanın baş məşqçisi olduğu Azərbaycan millisi ilk oyunda Litvaya 63:99 hesabı ilə uduzub. Komanda ikinci matçda Belçikaya da yenilib - 28:136.


jpg-1730960407.jpg)










jpg-1733491028.webp)
jpg-1733490890.webp)

