• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

Neymar kurort adası almağa hazırlaşır

İDMAN

08 Oktyabr 2024 | 14:39

Neymar kurort adası almağa hazırlaşır

Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasının ulduz futbolçusu Neymar ada almağa hazırlaşır.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, braziliyalı hücumçu Rio-de-Janeyroda Anqra-dus-Reys sahillərində yerləşən, ümumi sahəsi 6 hektar olan kurort adası üçün 7 milyon funt-sterlinq ödəyəcək.

32 yaşlı oyunçu adadakı son vəziyyəti dəyərləndirmək üçün əmlak satışı ilə məşğul olan şirkətlərdən birinə 40 min funt-sterlinqdən çox icarə haqqı verəcək.

Qeyd edək ki, ötən ilin yayında Fransa təmsilçisi PSJ-dən 99 milyon avroya “Əl-Hilal”a keçən Neymar zədə səbəbindən bu komandada indiyədək cəmi 5 matçda forma geyinib.

 


SON XƏBƏRLƏR