Futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasında Estoniya və Slovakiya ilə keçirəcəyi oyunların hazırlığına başlayıb.
Bakıvaxtı.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 7-də toplaşan yığma bu gün Neftçi Futbol Mərkəzində məşqə çıxıb.
Bakıda 2 günlük hazırlıqdan sonra milli komanda oktyabrın 9-da Estoniyanın paytaxtı Tallinə yollanacaq. Baş məşqçi Fernandu Santuş yığmanı oktyabrın 10-da “Lilleküla” stadionunda Estoniya seçməsi ilə oyunöncəsi son məşqə çıxaracaq.
Qeyd edək ki, Azərbaycan millisi C liqasının I qrupunda oktyabrın 11-də səfərdə Estoniya yığması ilə, 3 gün sonra isə Bakıda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.