• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

Qol güləşçilərimizdən REKORD: 18 MEDAL!

İDMAN

08 Oktyabr 2024 | 13:20

Qol güləşçilərimizdən REKORD: 18 MEDAL!

Azərbaycan idmançıları Yunanıstan Loutraki şəhərində keçirilən qol güləşi üzrə dünya çempionatında 18 medal qazanıblar.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, bunlardan 8-i qızıl, 8-i gümüş, 2-si bürünc mükafatdır.

Azər Məhərrəmov (master, +105 kiloqram), Rəşad Quluzadə (U-21, 78 kiloqram), İsmayıl Mustafayev (U-21, 70 kiloqram), Rəşad Quluzadə (senior, 78 kiloqram, sağ qol), Toğrul Şahlarlı (senior, 78 kiloqram, sağ qol), İsmayıl Mustafayev (senior, 70 kiloqram, sağ qol), Nicat Müzəffərov (U-18, 63 kiloqram, sağ qol), İsmayıl Mustafayev (senior, 70 kiloqram, sağ qol) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Nicat Müzəffərov (63 kiloqram, U-18), Elvin Salehli (senior, 57 kiloqram, sol qol), Əli Məmmədov (senior, 63 kiloqram, sağ qol), İsmayıl Mustafayev (senior, 70 kiloqram, sağ qol), Ramazan Rüstəmov (senior, 86 kiloqram, sağ qol), Əli Məmmədov (senior, 63 kiloqram, sağ qol), Təbriz Səfərov (senior, 78 kiloqram, sağ qol), Azər Məhərrəmov (master, +105 kiloqram, sağ qol) gümüş, Təbriz Səfərov (senior, 86 kiloqram, sağ qol) və Rəşad Quluzadə (senior, 78 kiloqram, U-21, sol qol) isə bürünc medala sahib çıxıblar.


SON XƏBƏRLƏR