Buzadırmanma üzrə Rusiya çempionu Alena Vlasova gənə dişləməsi nəticəsində 36 yaşında dünyasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Alpinizm Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Həşərat idmançını 3 ay əvvəl dişləyib və buna görə onun ağciyərlərinin 70 faizi zədələnib.
Qeyd edək ki, A.Vlasova son olaraq fevralda Rusiyanın Tomsk şəhərində keçirilən ölkə çempionatının qalibi olub./report