• Bakı 9° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İspaniya klubu baş məşqçisini istefaya göndərib

İDMAN

08 Oktyabr 2024 | 17:40 | Müəllif: Əli Hüseynov

İspaniya klubu baş məşqçisini istefaya göndərib

İspaniyanın “Las Palmas” komandası baş məşqçi Luis Karrion ilə yollarını ayırıb.

Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın La Liqada göstərdiyi uğursuz çıxış səbəb olub. 46 yaşlı mütəxəssisin 2026-cı ilin yayında başa çatacaq müqaviləsinə vaxtından əvvəl xitam verilib.

“Las Palmas” Luis Karrionun rəhbərliyi altında bu mövsüm 9 turdan sonra topladığı 3 xalla sonuncu – 20-ci yerdə qərarlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026