• Bakı 11° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Paris Paralimpiadasının bağlanış mərasimi oldu

İDMAN

09 Sentyabr 2024 | 00:20 | Müəllif: Subhan Mahmudov

Paris Paralimpiadasının bağlanış mərasimi oldu

Fransanın paytaxtı Paris şəhərində Yay Paralimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Stad de Frans” stadionunda təşkil edilən tədbirdə səhnəyə əvvəlcə iştirakçı ölkələrin nümayəndə heyətləri daxil olublar.

Ölkələrin rəsmi paradında Azərbaycan Bayrağını Olimpiadanın qızıl mükafatçıları olan paraatletlər Lamiyə Vəliyeva və Səid Nəcəfzadə dalğalandırıblar.

Qeyd edək ki, “Paris-2024” Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR