• Bakı 23° C

    6.18 m/s

  • USD - 1.7

    EUR - 1.8843

    RUB - 0.0191

Qurban Qurbanov: "Yaxşı qalibiyyət əldə etdik"

İDMAN

10 Avqust 2024 | 00:31

Qurban Qurbanov: Yaxşı qalibiyyət əldə etdik

“Futbolçularımı təbrik edirəm. Çox yaxşı oyunla yaxşı qalibiyyət əldə etdik".

Bakıvaxtı.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis Azərbaycan Premyer Liqasının II turunda "Kəpəz" üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib: "Dinamik, sürətli oyun göstərdilər, topla yaxşı davranırdılar. Çox razı qaldım. Rəqib barədə məlumat az idi, yaxşı müdafiə olmağı sonadək bacaran komandaya qarşı oynadıq. Hücumda da oynamaq istəyirdilər. “Kəpəz”ə uğurlar arzulayıram”.

Qurban Qurbanov qapıçı Sadiq Məmmədzadənin debütünə və zədəli Musa Qurbanlının vəziyyətinə münasibət bildirib: “Bu gün Sadiqin bir o qədər işi də olmadı. Daha yaxşı səviyyəyə gəlsə, potensialı artar. Qapıçı məşqçiləri ona güvəndiklərini desələr, mən də görsəm, ona maksimum şans verməyə çalışacağıq. Böyüməsi, kollektivə daha tez uyğunlaşması çox vacibdir. Bacarıqlı və istəklidir. Musanın durumu normaldır. Komanda ilə olmasa da, fərdi məşqlərə, toplu çalışmalara da başlayıb. Bir həftə, on günə komandaya qoşula bilər”.

Qeyd edək ki, "Qarabağ" ardıcıl 2 oyunda qələbə qazanaraq, lider mövqeyinə yüksəlib.


SON XƏBƏRLƏR