• Bakı 7° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Niderland - İngiltərə matçı öncəsi dava düşdü

İDMAN

10 Iyul 2024 | 22:54 | Müəllif: Subhan Mahmudov

Niderland - İngiltərə matçı öncəsi dava düşdü

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinin Niderland - İngiltərə matçından öncə hər iki komandanın azarkeşləri arasında dava düşüb.

Bakıvaxtı.az "Daily Mail"ə istinadən xəbər verir ki, qarşılaşmanın başlamasına az müddət qalmış görüşün keçiriləcəyi Dortmund şəhərində Niderland tərəfdarlarından bir neçəsi ingiltərəli fanatların üzərinə hücum ediblər.

İnsident nəticəsində hücuma məruz qalan 5 azarkeş xəsarət alıb.

Hadisəyə niderlandlı azarkeşlərin İngiltərə bayrağını oğurlamağa cəhd etməsi səbəb olub.

Qeyd edək ki, "Siqnal İduna Park"da baş tutacaq Niderland - İngiltərə matçı bu gün saat 23:00-da start götürəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026