"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandasında çıxış edən Amid Alxasovun ölüm səbəbi məlum olub.
Bakıvaxtı.az-ın məlumatına görə, futbolçunun yaxınları bildiriblər ki, o, dənizdə boğularaq dünyasını dəyişib. (oxu.az)
***
21:17
Müqavilə əsasında "Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandasına məxsus olan Amid Alxasov vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, son mövsümü icarə əsasında "Səbail"in U-19 komandasına keçirən futbolçu faciəvi şəkildə dünyasını dəyişib.
















