Braziliyanın Qoyana çempionatında polis qapıçını güllələyib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, "Gremio Esportivo Anapolis" və "Centro Oeste" komandaları arasında matç zamanı baş verən insidentə müdaxilə edən polis meydanda qapıçıya yaxın məsafədən ayağından atəş açaraq onu yaralayıb.
Bildirilib ki, futbolçu dərhal xəstəxanaya çatdırılıb.
Mina Mikayılova
















